Xəbərlər

Olimpiya Çempionlarının iştirakı ilə "Milyonların Şousu" baş tutdu

09 yanvar 2023 444

“Milyonların Şousu” Yeni il və Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş buraxılışında Olimpiyaçılar və Azərbaycanın məşhur səhnə adamları bir araya gəldi. “Yaşat Fonduna” dəstək üçün yarışan məşhurlar “Milyonların Şousu” verilişinin daimi izləyicilərinə maraqlı anlar yaşatdılar.  İlk olaraq yarışan Olimpiya çempionu Fərid Mansurov və xalq artisti Tünzalə Ağayeva şounun aparıcısı  Fatehin suallarını məharətlə cavabıandıraraq 8 000 (səkkiz min) manat qazanaraq məbləği “Yaşat” fonduna ianə ediblər. Karateçi, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Fəridə Əliyeva və aparıcı Tural Dadaşov, Olimpiya Çempionu Nazim Hüseynov və müğənni, 2014 Avroviziya Mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova ümumilikdə 400 azn məbləğin “Yaşat” Fonduna ianə edilməsinə nail olublar. Dekabrın 31-i Yeni il və Həmrəylik günü münasibəti ilə İctimai TV-də yayımlanan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Milyonların Şousu” verilişi əsl bayram əhvalı yaratmaqla yanaşı, tamaşaçılara idmançılaırmızı fərqli tanımaq imkanı da verdi.