“Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir
03 oktyabr 2017 1117
2-5 oktyabr tarixlərində Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir.
Konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüsynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir.
Tədbir çərçivəsində konfrans iştirakçıları Olimpiya Hərəkatı və oyunları, Olimpiya dəyərləri haqqında məruzə ilə çıxış edəcək. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olimpiya idmanınında elmi-tədqiqat işlərinin aktivləşdirilməsi məqsədi daşıyır.
Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq. 3 – 4 oktyabr tarixlərində məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiyasiyasının təşəbbüs iclasları keçiriləcək.
Tədbirin giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya dəyərlərinin təbliğinin vacibliyini vurğuladı: “Milli Olimpiya Komitəsinin 25 illik silsilə tədbirlərinə MOA-nın seminarının daxil olması təsadüfi deyil. Milli Olimpiya Komitəsi Olimpiya Hərəkatını, xüsusilə Olimpiya Gündəliyi 2020-nin təbliğatı ilə aktiv şəkildə məşğuldur. Elə buna görədə, MOK “Olimpiya Gündəliyi 2020” Komissiyası işə başladı. Bu ilin əvvəlindən Komissiya “idman hamı üçün”, “gender bərabərliyi” şüarları altında avtiv fəaliyyət göstərir.”
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar
Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında ... Ətraflı
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal əldə edib
Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında ... Ətraflı