Olimpiya Oyunlarının şüarı dəyişdirilib
20 iyul 2021 2452

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.
Bu, BOK-un prezidenti Tomas Bax tərəfindən təklif olunub.
Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü" (Citius, Altius, Fortius - Communis).
"Daha sürətli, daha yüksək, daha güclü" (Citius, Altius, Fortius) şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı