Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV dövrəyə start verilib.
02 mart 2023 302
X turun ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1:1. III set isə “Azərreyl”in xeyrinə sona çatıb - 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib gəlib (15:10) və görüşün hesabını rəsmiləşdirib - 3:2.
Voleybol Mərkəzində təşkil olunan X turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və ikinci pilləyə yüksəlib.
X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
X tur
“Azərreyl” - “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)
“Abşeron” - UNEC 3:0 (25:21, 25:23, 25:10)
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı