Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanıb
13 sentyabr 2022 536
Avropa çempionatının təsnifat mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda mübarizə aparmış Eldar Yusubovun yetirmələri 12 xalla ikinci yeri tutub.
Oyunlar zamanı komandanın əsas voleybolçularından bəzilərinin zədəli olması, eləcə də turnir müddətində gözlənilmədən alınan zədələr komandamızın oyununa da təsir göstərib. Bütün çətinliklərə baxmayaraq milli ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Görüşlərin gedişində qalib və ya məğlub olmasından asılı olmayaraq komandamızın yanında olan, onu dəstəkləyən hər kəsə təşəkkür edirik.
Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Bakıdakı matçlarımızı canlı yayımlayan CBC Sport telekanalına, komandamızı dəstəkləyən azarkeşlərimizə və oyunlarımızı işıqlandıran bütün media nümayəndələrimizə təşəkkür edirik.
İnanırıq ki, birlikdə daha böyük uğurlara imza atacağıq.
AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı