Qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
09 aprel 2023 322
Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları keçirilib. Günün ilk oyununda "BBA" - "AZE U-16" komandaları qarşılaşıb. Bu görüşdə "BBA" komandası 61-37 hesablı qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb. Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubokun növbəti finalçısı olub. Günün ikinci oyununda "ALOV" komandası "PH" basketbolçuları ilə üz-üzə gəlib. "ALOV" komandası rəqibi üzərində 48-46 hesablı qələbə qanaraq, qrupda 3-cü pillənin sahibi olub.
Qeyd edək ki, kubokun final görüşü 10 aprel saat 21:15 -də start götürəcək və federasiyanın rəsmi "youtube" hesabından canlı yayımlanacaq
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı