Respublika çempionatı başa çatıb
15 fevral 2022 983
12-14 fevral tarixlərində Yeniyetmə və Gənclər arasında 22-ci Respublika birinciliyi keçirilib.
Bakı İdman Sarayında yarışda 14-15 yaşlı yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq, +70 kq çəkilərdə, qızlar -47 kq, -54 kq, +54 kq, 16-17 yaşlı gənclər arasında oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq, +76 kq çəkilərdə, qızlar -48 kq, -53 kq, -59 kq, +59 kq, 21 yaşadək gənclərdən oğlanlar -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq, qızlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində mübarizə aparıb. 12-13 yaşlı uşaqların 4-cü dəfə təşkil edilən birinciliyində oğlanlar -40 kq, -45 kq, -50 kq, -55 kq, +55kq, qızlar isə -42 kq, -47 kq, +47 kq çəki dərəcələrində döyüşüb.
Müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500 dən çox idmançının iştirak etdiyi Respublika birinciliyində Təhsil RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci pilləni tutub. 10 qızılı və 10 gümüş, həmçinin 13 bürünc medal qazanan Qara Qaplan klubu ikinci nəticə göstərib. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medala sahib olan Arpaçay və DİN İdman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüb.
Yeniyetmə və Gənclərin Respublika birinciliyində fərqlənən idmançılar İyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatında iştirak etmək üçün təlim-məşqlərə qatılacaq.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı