Xəbərlər

"Sabah" basketbolçuları super seriyaya qələbə ilə başlayıblar   

20 may 2023 238

20 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub. Oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər və ikinci hissədə geri dönüş edən paytaxt klubu "Sabah" yekunda 71-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah"  seriyadakı hesabda 1-0 önə keçib. Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Entoni Patti - 12 xal, 12 ribaund), "Gəncə BK" ( Kollin Törner - 17 xal, 11 asist)