Xəbərlər

Sablya üzrə qadınlardan ibarət milli komandamız Dünya Kubokunda ikinci oldu!

30 yanvar 2022 284

Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən qadın sablyaçıların Dünya Kubokunda mərhələ yarışına yekun vurulub.

İlk görüşdə ABŞ komandasına 45:39 hesabı ilə qalib gələn Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv növbəti mərhələdə Macarıstan yığmasına eyni hesabla (45:39) qalib gəlib. Komandamız finala yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 45:32 hesabı ilə qalib gəlib.

Millimiz finalda Fransaya 39:45 hesabı ilə uduzub.

Xatırladaq ki, ötən gün Anna Başta qadın sablyaçıların şəxsi yarışında Dünya Kubokunun qalibi olub.