Xəbərlər

Şahmat Olimpiyadasının çempionu Semuel Şenklend artıq Bakıda

16 dekabr 2022 632

42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Semuel Şenklend Bakıya gəlib. Qrosmeyster dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vugar Gashimov Memorial-2022”də çıxış edəcək.

Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.