Xəbərlər

"Sərhədçi PİK" zirvəyə şərik oldu, "Neftçi İK" -dən isə sürpriz qələbə

22 yanvar 2023 399

22 yanvar tarixində Sərhədçi İdman Mərkəzində, iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vuruldu. Günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında baş tutdu. Oyuna fəal başlayan sərhədçilər rəqibi üzərində 86-78 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 25 xal, 12 ribaund ), "Gəncə BK" ( Kolin Törner - 24 xal, 13 ribaund) Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşdılar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Kuinton Kempbel - 19 xal, 4 ribaund ), "Neftçi İK" ( Denis Cons - 24 xal, 6 ribaund )