"Sərhədçi" və "Sabah" basketbolçularından vacib qələbələr
05 aprel 2023 316
4 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun iki oyunu baş tutub. Turun açılış oyununda "Sərhədçi" komandası, region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. "Sərhədçi" basketbolçuları bu oyunda 94-91 hesablı çətin qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 35 xal, 7 ribaund ), "Olimpik Şəki BK" ( Davante Kuper - 29 xal, 5 ribaund ) Günün ikinci oyunu "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. Bu görüşdə 80-68 hesablı qələbə qazanan tərəf "Sabah" basketbolçuları oldular. Ən məhsuldar basketbolçular: "Neftçi BK" ( Mohsen Moradxani - 23 xal, 16 ribaund ), "Sabah BK" ( Kamran Məmmədov - 19 xal, 7 ribaund )
Qeyd edək ki, tura 5 aprel tarixində keçiriləcək "Zirvə Astara BK" - "NTD BK", "AAAF Xırdalan - "Gəncə BK" oyunları ilə yekun vurulacaq
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı