Xəbərlər

Stolüstü tennisçilər Konyaya yollanıblar

05 avqust 2022 672

Stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər. Türkiyəyə yollanan heyətdə baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə,  Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.    
Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.