Stolüstü tennisçilərimiz Bolqarıstana yollanıblar
14 may 2023 851
Stolüstü tennisçilərimiz dünya seriyalı növbəti “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçiriləcək yarışda 11 idmançımız bacarığını göstərəcək. Məşqçilər Fərhad İsmayılov, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə oğlanlardan Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə qələbə uğrunda mübarizə aparacaq. Qizların turnirində isə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsqərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı