Taleh Məmmədov Zaqrebdə qızıl medal qazandı
04 fevral 2023 126

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.
Yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
Qadın güləşi
53 kq
Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5
1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4
Yunan-Roma güləşi
63 kq
1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1
1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4
Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2
67 kq
1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5
Bənzər xəbərlər

MOK rəsmisi ANOC-un idman direktorların seminarda iştirak edib
18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un İdman Direktorlarının II ... Ətraflı

ASAPES-də inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) BP və ... Ətraflı