Xəbərlər

“Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına azarkeşlik edirdim” Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru

28 noyabr 2022 328

Milli Olimpiya Komitəsində Azərbaycanda səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika Şəhəri Parlamentinin sədri Masanori Minami, diplomat Taiçi Ono və digər yaponiyalı qonaqlar iştirak ediblər.
MOK-nin vitse prezidenti Çingiz Hüseynzadə Covid-19 pandemiyası səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsində birgə əməkdaşlıq haqda əldə olunan razılıqların reallaşmadığını xatırladıb. “Ancaq, bütün çətinliklərə baxmayaraq Tokio-2020 Yay Olimpiya Oyunları uğurla baş tutdu.”   Çingiz Hüseynzadə ölkələr arasında idman sahəsində əlaqələrin genişlənməsindən da danışıb. O belə əməkdaşlığın qurulmasının çox önəmli olduğunu qeyd edib. Masaru Koizumi Azərbaycana səfərinin çox maraqlı və səmərəli keçdiyini qeyd edib. O, Şika şəhərinin Vadaiko (zərb aləti) ifaçılarının çıxışının böyük maraqla qarşılandığını bildirib. “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı Azərbaycan idmançılarına azarkeşlik etdiyini deyən Masaru Koizumi Paris-2024 Yay Olimpiya oyunalrında Azərbaycan komandasına uğurlar arzulayıb. 
Tərəflər Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Şika şəhərinin əlaqələrinin Yaponiya və Azərbaycan dostluğuna töhfə verdiyini də qeyd ediblər.
Xatirə hədiyyələri təqdim edildikdən sonra ümumi foto çəkilib.