Tokio Olimpiadasının Təşkilat Komitəsinin rəhbəri istefa verib
12 fevral 2021 481

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verib. 84 yaşlı funksioner bu barədə yerli mətbuata açıqlamasında bildirib. O, yayda olimpiadanın keçirilməsini vacib hesab edib: “Bu proses mənim iştirakım olmadan daha rahat keçəcək“.
Onu bu postda sabiq futbolçu, Tokiodakı Olimpiya kəndinin meri Saburo Kavabutinin əvəzləyəcəyi gözlənilir.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı