UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb
11 yanvar 2023 502
Müraciətdə bildirilir ki, komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir. "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun".
Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı