Üzgüçümüz Raman Salehdən Paralimpiya qızılı
27 avqust 2021 1861
Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasında qızıl medal qazanıb.
S12 kateqoriyası üzrə 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında çıxış edən idmançımız məsafəni 1 dəqiqəyə qət edib.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hacıyeva (48 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.