Xəbərlər

Vasif Durarbəyli heç-heçə oynadı

22 aprel 2022 726

Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi "Kapablanka Memorialı" keçirilir.
Yarışın əsas turnirində iştirak edən qrossmeysterimiz Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada heç-heçə oynayıb.  Ardınca Daniel Carlos Cabreranı (Kuba) məğlub edən V.Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Quintana ilə xalı yarı bölüb.  
Qeyd edək ki, ümumilikdə turnirdə 6 ölkə - Kuba ilə yanaşı Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.