Velosiped məşqçilərinə sertifikatlar təqdim edilib
02 fevral 2022 490
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib. AzVİF-dən verilən məlumata görə, kursları uğurla başa vuranları təbrik edən federasiyanın prezidenti Mədət Quliyev velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini vurğulayıb.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı