Xəbərlər

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

17 dekabr 2022 466

“Vugar Gashimov Memorialı"nın loqosu Bakının mərkəzində nümayiş edilir.
Turnirin mətbuat xidməti xəbər verir ki, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Turnirin loqosunu paytaxt sakinləri dekabrın 24-dək axşam saatlarında izləyə biləcəklər.