“XARI BÜLBÜL ŞUŞA” YOXLAMA OYUNUNDA QALİB GƏLDİ
20 noyabr 2022 1354
Ölkə çempionatında debut edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir. Bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında olan komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. “Xarı Bülbül Şuşa” yoldaşlıq görüşündə MOİK komandasıyla qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb. Xatırladaq ki, “Xarı Bülbül Şuşa” klubunun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda, komandanın voleybolçusu İlqar İmamquliyevdir.
Bənzər xəbərlər
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan ... Ətraflı

