Xəbərlər

“Zəfər” 2021 beynəlxalq idman mükafatlarının təqdimetmə mərasimi keçirilib

01 fevral 2022 1155

"Fairmont Baku” hotelində 2021-ci ilin yekunlarına əsasən "Sportsman” jurnalının təsis etdiyi "Zəfər” 2021 beynəlxalq idman mükafatlarının təqdimetmə mərasimi keçirilib. Tədbirdə "Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Olimpiya mükafatçıları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar ötən ilin Azərbaycan idmanı üçün yaddaqalan hadisələrlə zəngin olduğunu qeyd ediblər. Onlar idmançılarımızın Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarında, MDB Oyunlarında və digər mühüm yarışlarda çıxışlarını və qazanılan nəticələri diqqətə çatdırıblar.
Sonra tədbirdə 17 nominasiya üzrə mükafatlar öz sahiblərinə təqdim edilib.
Qeyd edək ki, mükafatlandırılanlar arasında "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev də yer alıb. Belə ki, M.Fərzəliyev Azərbaycan idmanının təbliğindəki xidmətlərinə görə "Zəfər” 2021 beynəlxalq idman mükafatına layiq görülüb.

"Zəfər” 2021 beynəlxalq idman mükafatının nominantları:

1. İlin kişi idmançısı - Rafiq Hüseynov
(Tokio-2020-nin bürünc mükafatçısı, dünya çempionu
2. İlin qadın idmançısı - İrina Zaretska
(Tokio-2020-nin gümüş mükafatçısı, dünya çempionu)
3. İlin veteran idmançısı - Yalçın Qaralı (WKC növlərində karate-do üzrə dünya və Avropa çempionu)
4. İlin məşqçisi - Qurban Tağıyev (Milli Karate Federasiyasının baş məşqçisi
5. İlin milli komandası - Tokio-2020 Yay Paralimpiya Oyunlarında 19 medal qazanmış yığma komandamız
6. İlin federasiyası - Azərbaycan Gimnastika Federasiyası
7. İlin idman klubu - "Neftçi” İdman Klubu
8. İlin idman butiki - "Wolks sport”
9. İlin futbolçusu - Emin Mahmudov
10. İlin idman jurnalisti - Rövşən Binnətli (İdman Azərbaycan kanalının direktoru)
11. İlin idman jurnalisti - Murat Ekrem Çimen (TRT Sport)
12. İlin idman avtomobili - "Hyundai Elantra”
13. İlin idman saatı - VMF Admiral v4125
14. Azərbaycan idmanının təbliğindəki xidmətlərinə görə - Murad Fərzəliyev (ötən il 20 yaşını qeyd edən "Olimpiya dünyası” qəzetinin baş redaktoru)
15. İdmanın təbliğindəki xidmətlərinə görə - Kaya Muzaffer İlıcak (Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının prezidenti)
16. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə - Ruslan Məmmədov ("Mario Russo” brendinin rəhbəri)
17. İlin fitness klubu - "Vitr Fitness”