Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
26 aprel 2024 84
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start veriləcək. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan yeniyetmələrdən ibarət milli komanda ilə təmsil olunacaq.
Yığmamızın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov Prezident kubokunda Əli Həsənzadə, Zeynəb Səfərəliyeva, Rüqəyya Əliyeva (hər üçü 33 kq), Hüseyn Abbaslı, Anar Abdullazadə, Fatimə Zeynalova, Ləman Manafova, Fatimə İbişova (hamısı 37 kq), Murad Canaliyev, Səid Feyzullayev, Rasif Hacıyev, Məryəm Cəfərova, İnci Muradova (hamısı 41 kq), Gülay Əliyeva (44 kq), Novruz Əliyev (45 kq), Gülnar Rəsulzadə (47 kq), Amirabbas Fazlişahqoli, Ayxan Əhmadli (hər ikisi 49 kq), Çingiz Həsənov (53 kq), Türkan Yuniszadə (55 kq), Gülnaz Abdullayeva (+59 kq) və Sərxan Talıbzadəyə (65 kq) şans verəcək.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı