Gyor-2017

Gyor Macarıstan

23 iyul - 30 iyul

Avropa Gənclər Olimpiya Festivalı

0
1
1

Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalı 2017-ci il iyulun 23-30-da Macarıstanın Gyor şəhərində təşkil olunub. Festivalda qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Yeniyetmə idmançılar 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə) yarışıblar.

 

Azərbaycan komandası Festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə yarışlara qoşulan yığmamız iki medal əldə edib. Millimizin heyətində yer alan idmançılardan yalnız cüdoçular fərqləniblər. 40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.