Avropa Gənclər Olimpiya Festivalı
Tampere Finlandiya
19 iyul - 24 iyul
2
1
1
Yeniyetmələrinin X Olimpiya Festivalında Avropanın 49 ölkəsindən olan yeniyetmə idmançılar 9 idman növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası Tamperedə uğurla çıxış edərək, 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb. Cüdoçularımızdan Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl, Şəfəq Muradzadə (52 kq) gümüş, Mahir Cəfərli (60 kq) isə bürünc medala layiq görülüb.
Avropa Yeniyetmələrinin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Azərbaycan komandası 4 medalla 49 ölkə arasında 19-cu pillədə yer alıb.