Tbilisi-2015 

Tbilisi Gürcüstan

26 iyul - 01 avqust

Avropa Gənclər Olimpiya Festivalı

 

2
1
2

2015-ci il iyulun 27-də Gürcüstanın paytaxtı Tbilisidə başlayan Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalında dünyanın 50 ölkəsindən 2000-dək qonaq, 2500-dək yeniyetmə idmançı iştirak edib. Festivalın təşkilində və keçirilməsində 1500-dən çox könüllü xidmət göstərib. Onlardan da 35-i azərbaycanlı olub.

 

Azərbaycandan 35 yeniyetmə idmanın 6 növü - atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped (3) və cüdo (12) üzrə yarışlarda mübarizə aparıb. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Hasil Cəfərov və Şəfəq Həmidova Tbilisidə qızıl medala layiq görülüblər. Kəramət Hüseynov gümüş medal əldə edib. İsmayıl İbrahimov və İbrahim Bayramlı üçüncü yeri tutublar. Bu göstərici ilə Azərbaycan ümumi turnir cədvəlində 22-ci yerdə qərarlaşıb.