İştirak etmiş ölkələr – 55
İdmançıların sayı - 281

09 avqust - 18 avqust
İştirak etmiş ölkələr – 55
İdmançıların sayı - 281
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışlayıblar.
Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar.
Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar.
İdmançılarımız ölkəmiz adına 99 medal qazanıb və Azərbaycan yekun sıralamada 4-cü pilləni tutub. İlk 3 yerdə müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb.
Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Avqustun 18-də V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi baş tutub.
| Atletika | Qadın | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 55kq. | 2022 | |
| Bədii gimnastika | Qadın Bədii gimnastika | 2022 | |
| Aerobika gimnastikası | Qadın Aerobika gimnastikası | 2022 | |
| Aerobika gimnastikası | Kişi Aerobika gimnastikası | 2022 | |
| Karate | Qadın kumite 68kq. | 2022 | |
| Bədii gimnastika | Qadın Bədii gimnastika | 2022 | |
| Bədii gimnastika | Qadın Bədii gimnastika | 2022 | |
| Bədii gimnastika | Qadın Bədii gimnastika | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 67kq. | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 82kq. | 2022 | |
| Bədii gimnastika | Qadın Bədii gimnastika | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 74kq. | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 65kq. | 2022 | |
| Taekvondo | Qadın taekvando 67kq. | 2022 | |
| Güləş | Qadın Qadın güləşi 50kq. | 2022 | |
| Güləş | Qadın Qadın güləşi 53kq. | 2022 | |
| Güləş | Qadın Qadın güləşi 59kq. | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 86kq. | 2022 | |
| Cüdo | Qadın 48kq. | 2022 | |
| Üzgüçülük | Qadın | 2022 | |
| Atıcılıq | Qadın Atıcılıq | 2022 | |
| Qılıncoynatma | Kişi şpaqa | 2022 | |
| Karate | Kişi kumite 84kq. | 2022 | |
| Kişi idman gimnastikası | Kişi İdman gimnastikası | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 61kq. | 2022 | |
| Atletika | Kişi Atletika(üçtəkanla tullanma) | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 77kq. | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 60kq. | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 72kq. | 2022 | |
| Karate | Kişi kumite 67kq. | 2022 | |
| Güləş | Qadın Qadın güləşi 62kq. | 2022 | |
| Qılıncoynatma | Qadın sablya | 2022 | |
| Karate | Qadın kumite 53kq. | 2022 | |
| Karate | Kişi kata | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 92kq. | 2022 | |
| Kişi idman gimnastikası | Kişi İdman gimnastikası | 2022 | |
| Taekvondo | Qadın taekvando 49kq. | 2022 | |
| Güləş | Kişi Sərbəst güləş 57kq. | 2022 | |
| Güləş | Kişi Yunan-Roma güləşi 130kq. | 2022 |