VI İslam Həmrəyliyi Oyunları

Ər-Riyad Səudiyyə Ərəbistan

07 noyabr - 21 noyabr

İştirak etmiş ölkələr - 57

İdman növü - 23

Yarışların sayı - 269

İdmançıların sayı - 3065

9
19
31

Noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunların təntənəli açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva da iştirak edib. 

 

Əl-Cənadriyah Hipodromunda təşkil olunan tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Onların arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etdən Azərbaycan da yer alıb.

 

Azərbaycan komandası paraddan birinci keçib. Üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparıb.

 

Yarışda Azərbaycan 20 idman növündə 179 idmançı ilə təmsil olunub. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparıb.

 

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 ( 9 qızıl, 19 gümüş, 31 bürünc) medalla 10-cu pillədə başa vurub. 

 

Noyabrın 21-də VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin keçirildiyi stadionda izləyib.

 

Mərasimdə üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparıb.

 

Mərasimdə rəsmi çıxışlardan sonra İslam Həmrəyliyi Oyunlarının bayrağı növbəti İslamiadaya ev sahibliyi edəcək Malayziya komandasının rəsmisinə təqdim edilib.