İştirak etmiş ölkələr - 49
İdman növü - 13
Yarışların sayı - 151
İdmançıların sayı - 4000
20 iyul - 26 iyul
İştirak etmiş ölkələr - 49
İdman növü - 13
Yarışların sayı - 151
İdmançıların sayı - 4000
Avropa Yeniyetmələrinin XVIII Yay Olimpiya Festivalı Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilmişdir. Festivalın rəsmi açılışı 20 iyul, bağlanış mərasimi isə 26 iyul tarixlərində baş tutmuşdur.
Azərbaycanın bayraqdarları yeniyetmələr arasında Avropa çempionu, üçqat Avropa Kubokunun qalibi, cüdoçu Zeyd Ələsgərov və taekvondo üzrə ikiqat Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova olmuşdur.
Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurublar. Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.