XXI Qış Olimpiya Oyunları

Vankuver Kanada

12 fevral - 28 fevral

İştirak etmiş ölkələr - 82

İdman növləri - 7

Yarışların sayı - 86

İdmançıların sayı - 2566

0
0
0

Azərbaycan 2010-cu ildə dünyanın Qış Olimpiya Oyunlarının iştirakçısı olan 82 ölkəsinin cərgəsinə qoşulub. Ölkəmiz qış olimpiadasında 2 idmançı ilə təmsil olunub. XXI Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları dağ xizəyi idmanının slalom və nəhəng slalom növlərində çıxış edib.

 

Təmsilçimiz Sedrik Nots nəhəng slalom yarışlarında 103 iştirakçı arasında 1.31.08 nəticə ilə 79-cu olub və növbəti mərhələyə keçib. İkinci mərhələdə 92 iştirakçı arasında idmançımız 1.31.08 nəticə ilə 72-ci yeri tutub.

 

Qadınlar arasında nəhəng slalom yarışlarında Qaya Bassani Antivari Azərbaycanı təmsil edib. O, birinci mərhələdə 86 iştirakçı arasında 66-cı yeri tutaraq, ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə idmançımız 57-ci yerlə kifayətlənib.

Dağ xizəyi Kişi 2010
Dağ xizəyi Qadın 2010
Dağ xizəyi
  • Kişilər

    1

  • Qadınlar

    1

  • Cəmi

    2