İştirak etmiş ölkələr - 169
İdman növləri - 32
Yarışların sayı - 257
İdmançıların sayı - 9367
25 iyul - 09 avqust
İştirak etmiş ölkələr - 169
İdman növləri - 32
Yarışların sayı - 257
İdmançıların sayı - 9367
1992-ci ildə keçirilən XXV Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişib. 1991-ci ilin sonunda SSRİ dağılıb. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazanıblar. Bu dövlətlər Barselona Olimpiadasında Müstəqil Dövlət Birliyi olaraq çıxış ediblər.
Barselona Olimpiadasının 1992-ci il iyulun 25-də keçirilən açılış mərasimində MDB ölkələrinin ümumi komandası BOK-un bayrağı və birlik üzvü olan respublikaların 12 bayrağı ilə stadiona daxil olub. Üçrəngli Azərbaycan bayrağı altında 5 idmançı - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı) və Valentina Popova (tennis) gedib.
İdmançılarımız arasında ilk qızıl medalı Nazim Hüseynov qazanıb. Bu, Azərbaycan idmanının tarixində əlamətdar bir hadisə idi. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırılıb və müstəqil dövlətimizin himni səslənib. Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında olimpiadanın qızıl medalını əldə edib. İdmançımız şəxsi birincilikdə daha bir medal – bürünc qazanıb.
İdman gimnastikası | Kişi komanda hesabı | 1992 | |
Cüdo | Kişi cüdo 60kq. | 1992 |
Ağır atletika | Kişi ağır atletika 62kq. | 1992 | |
Basketbol | Kişi basketbol | 1992 | |
Qılıncoynatma | Kişi rapira | 1992 | |
Atıcılıq | Kişi stend atıcılığı | 1992 |
1
0
1
1
0
1
1
0
1
1
0
1
0
1
1