Boksçumuz lisenziya turnirinə qələbə ilə start verib
06 mart 2024 752
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb. 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsi çərçivəsində döyüşünü qələbə ilə başa vurub.
Dünya çempionatının mükafatçısı Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna onun qaşından zədə alması səbəb olub. Döyüş dayandırıldığından Sərxan 3:2 (20:18, 19:19*, 19*:19, 20:18, 18:20) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı