Xəbərlər

10-11 fevral 2023-cü il tarixlərində Respublika Olimpiya Mərkəzində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Qış Azərbaycan Birinciliyi keçirilib

11 fevral 2023 678

Yarışın açılışında Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə çıxış etdilər və idmançılara uğurlar arzulayıblar. Bununla yanaşı yarışda həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə də iştirak edərək yarışın gedişatını yaxından izlədi və medya nümayəndələrinə yarışla bağlı məlumat verib.
Yarışın ilk günündə idmançılar 60m, 400m, 1500m məsafələrə qaçış, 60m sədlərlə qaçış,  nüvə itələmə növləri üzrə yarışıblar. Yarışda iştirak edən idmançıların sayı Bərdə, Xızı, Gəncə, Sumqayıt və Baki şəhərlərindən olmaqla ümumilikdə 120 nəfərdir.
Yarışın sonunda isə qaliblər mükafatlandırılıb.
Sonda idmançılar diplom və medallarla təltif olunublar. 

Qaliblərin siyahısını sizə təqdim edirik:
60m məsafəyə qaçış üzrə:
1-ci yer  Çobanzadə Dəniz
2-ci yer Nəbiyev Həmid 
3-cü yer Məmmədli Fərid 

60m məsafəyə qaçış üzrə:
1-ci yer Kərimova Safiya
2-ci yer Mustafayeva Bahar  
3-cü yer Nadirova Mehri

400m məsafəyə qaçış üzrə:
1-ci yer Mustafayeva Bahar 
2-ci yer Heydərova Nila
3-cü yer Cəlilova Aksana 

400m məsafəyə qaçış üzrə:
1-ci yer  Tağıyev Nihat
2-ci yer Məmizadə  Orxan
3-cü yer Vəliyeva Rahil

1500m məsafəyə qaçış üzrə:
1-ci yer Əsgərov İsgəndər
2-ci yer İbrahimov Rinad
3-cü yer Əliyev Yusif 

nüvə itələmə üzrə:
1-ci yer  Quliyev Fərhad 
2-ci yer  Bünyatov Furqan 
3-cü yer Şaxtaxtinski Toğrul 

nüvə itələmə üzrə:
1-ci yer  Hüseynli Nərmin 
2-ci yer Cəlilova Aksana
3-cü yer İsayeva Nəzrin

60m sədlərlə qaçış  üzrə:
1-ci yer İsmayılov Əmir 
2-ci yer İsmayılov Ramil 
3-cü yer  Nəbiyev Həmid