Əsas hədəfimiz ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil etmək və qış idman növləri üzrə təcrübəmizi artırmaqdır
23 fevral 2026 - 14:30 248
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları başa çatıb.
Bu barədə Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov açıqlama verib.
“Azərbaycan komandasının şef-de-missionu olaraq bildirmək istəyirəm ki, bu möhtəşəm idman bayramı həm təşkilatçılıq, həm də rəqabət baxımından yadda qalan hadisələrlə zəngin oldu. İtaliya bu genişmiqyaslı yarışı yüksək səviyyədə təşkil etməyi bacardı. İki fərqli mərkəzdə keçirilməsinə baxmayaraq, logistika və idmançıların rahatlığı ən yüksək səviyyədə təmin olunmuşdu. Olimpiya Oyunlarının bağlanış mərasimi bu böyük birliyin və idman həmrəyliyinin yekunu oldu. Bu oyunlar bizə bir daha göstərdi ki, qış idman növlərinin inkişafı üçün böyük potensial var və biz əldə etdiyimiz təcrübəni növbəti illərdə daha böyük uğurlara çevirmək niyyətindəyik”, - deyə Anar Bağırov qeyd edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı