13-15 May tarixlərində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsi keçiriləcək
12 may 2022 1450
Dünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında 3 idmançımız iştirak edəcək. Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretska (-68 kg) ilə birgə, Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi -60 kg) da müşayiət edəcək.
Rabatda Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançı mübarizə aparacaq. Nüfuzlu yarışın növbəti mərhələsi 2-4 Sentyabr tarixlərində Bakıda keçiriləcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı