6-9 dekabr tarixlərində kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Kuboku yarışı təşkil olunacaq
30 noyabr 2022 2617
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin məlumatına görə, yarış üçün qeydiyyat artıq başlayıb. Qeydiyyat prosesi 4 dekabr 23:59-dək davam edəcək.
5 dekabrda yeniyetmə və gənclərin, 7 dekabrda isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı Türkiyənin İstanbul şəhərində (25 avqust – 3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) keçiriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı