6 yunan-Roma güləşçimiz fəxri kürsüdə
03 sentyabr 2021 1475
Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
"Bars" Arenada keçirilən yarışda ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, aktivinə 3 qızıl, 1 gümüş və 2 bürünc medal yazdıran Azərbaycan komandası medal sıralamasında günü 2-ci pillədə başa vurub. İlk sırada 5 qızıl, 2 gümüş medalla Rusiya qərarlaşıb. İlk "üçlüy"ü isə 3 medalla (2 qızıl, 1 gümüş) Belarus tamamlayır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı