7 avqust 2022-ci il tarixində Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11ci Baş Assambleyası baş tutdu
07 avqust 2022 1230
7 avqust 2022-ci il tarixində Türkiyənin Konya şəhərində baş tutan 5-ci İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasında Konya 2022 Əməliyyat Komitəsinin hesabatı təqdim edilmiş, İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilmişdir.
Günün sonunda Konya 2022 İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalanma mərasimi baş tutmuşdur.
Baş Assambleyada Azərbaycanı MOK-un vitse-prezidenti və İSSF-in 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil etmişdir.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı



