Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
26 aprel 2024 908
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci yarış gününə start veriləcək. İkinci yarış günündə iki çəki dərəcəsi üzrə milli komandamızın daha üç üzvü tatami üzərinə çıxacaq.
Avropa çempionatının üçqat qalibi Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində mübarizə aparacaq. 81 kq çəki dərəcəsində isə komandamızın digər üzvü Zelim Tçkayev qüvvəsini sınayacaq.
Xatırladaq ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatında 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçu mübarizə aparır.
Avropa çempionatının fərdi yarışlarına aprelin 27-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı