AGİN, MOK və AFFA rəsmiləri Ümummilli Liderin məzarını ziyarət ediblər
13 dekabr 2023 1124
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, Milli Olimpiya Komitəsi, AFFA və digər idman qurumlarının məsul şəxsləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev də Fəxri xiyabanı ziyarət edənlər arasında olub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı

