AKAF 2023-CÜ İLİN İLK İDMAN YARIŞINA PAYTAXT BAKIDA START VERDİ
07 yanvar 2023 1077
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib. Turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər. İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər. Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıb.
Tədbir zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb. Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı


.jpeg)




.jpeg)

