Xəbərlər

Arzu Qulamov: “İnanıram ki, festivalın sorağı ölkə hüdudlarını aşacaq”

05 dekabr 2023 363

“Bu gün bizim üçün əlamətdar hadisənin həyata keçdiyi bir tarix kimi yadda qalacaq”. 
Bu sözləri Azərbaycan kinomotoqrafçılar İttifaqının üzvü, Avrasiya Teleradio Akademiyasının həqiqi üzvü Arzu Qulamov MOK-un inzibati binasında keçirilən film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.

 

O, film festivalının sorağının təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənardan da eşidiləcəyini qeyd edib: 
“Bu gün ikinci İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi üçün yeni bir tərəfdaşlıq müqaviləsi imzalandı. Azərbaycanda idmanın, xüsusilə də cüdonun inkişafına böyük töhfələr verən “Cüdo Klub-2012” İctimai Birliyi festivalın etibarlı tərəfdaşı oldu. Biz bununla böyük idmançı kütləsinin diqqətini həyata keçirəcəyimiz bu layihəyə yönəldə bilərik. Hesab edirik ki, tezliklə tərəfdaşlarımızın sayı daha da artacaq. Festivalın keçirilməsində medianın da rolu əvəzsizdir. İnanıram ki, festivalın sorağı ölkə hüdudlarını aşacaq”, - deyə Arzu Qulamov bildirib.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti