Olimpiadanın açılışı zamanı güclü yağış proqnozlaşdırılır
26 iyul 2024 851
Fransalı meteoroloq Patrik Marlier Paris-2024 Yay Olimpiya oyunlarının açılış mərasimi zamanı paytaxtda güclü yağışın gözlənildiyini bildirib. “Yağışın yağacağı qaçılmazdır. Səhərdən başlayan yağış axşam saatlarında da arta bilər.
Biz 25-30 mm-ə qədər yağıntı gözləyirik. Müqayisə üçün qeyd edək ki, bu, cəmi bir neçə saat ərzində 15 günlük yağıntıya bərabərdir”, - RMC Sport Marlierin sözlərindən sitat gətirir.
Məlumat üçün bildirək ki, 2024-cü il Olimpiadasının açılış mərasimi Sena çayında təşkil ediləcək. İdmançıların paradı qayıqlarda mərasimin yekun şousunun planlaşdırıldığı Austerlitz körpüsündən Trocaderoya qədər 6 kilometrlik marşrut boyunca nəzərdə tutulub.
Oyunların açılış mərasimi bu gün Bakı vaxtilə ilə saat 21:30-da başlayacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı