ASAPES-də İsrailli professorun seminarı başlayıb
20 oktyabr 2022 1018
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasında idman psixologiyasının öyrənilməsi, bu sahədə elmi potensialın inkişafı, idmançıların psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi məqsədilə mütəmadi olaraq həm akademik, həm də metodik potensialın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. İdman psixologiyasının dərindən öyrənilməsi və tədqiq edilməsi isə bu sahədə köklü inkişafa və bacarıqlı kadrların hazırlanmasına təkan verəcək.
Bu baxımdan ASAPES-də bakalavr və magistratura təhsil səviyyəsinin "Bədən tərbiyəsi və idmanda reabilitasiya" və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrin idman psixologiyası sahəsində biliklərinin təkmilləşdirilməsi və metodik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İsrailin “Ariel” Universitetinin Səhiyyə İdarəetmə Departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin ölkəyə səfəri çərçivəsində “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda seminarı başlayıb.
2 gün davam edəcək seminarda həmçinin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tibb mütəxəssisləri də iştirak edir.
Bənzər xəbərlər
Azərbaycan taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Güləşçilərimizin Los-Anceles-2028 yolu bəlli oldu
Azərbaycan güləşçilərinin 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəyə ... Ətraflı

.jpeg)

