Atletika üzrə yeniyetmələr arasında Bakı şəhər qış birinciliyi keçiriləcək
16 yanvar 2024 1204
Respublika Olimpiya Mərkəzində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyi keçiriləcək.
Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, yarışda 9 idman klubu və cəmiyyətindən 120 nəfərin idmançının iştirakı gözlənilir.
Şəhər birinciliyinin proqramına 3 təkanla tullanma, hündürlüyə tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, 4x200 metr estafet qaçışı daxildir.
Qeyd edək ki, Bakı şəhər qış birinciliyi yanvarın 18-19-da təşkil olunacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı