Xəbərlər

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

08 may 2018 501

LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində növbəti seminar keçirilmişdir.

İAAF və “British Athletics”in dəstəyi, Azərbaycan Atletika Federasiya və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə həyata keçirdiyi layihə atletika idman növü vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edir.

Tədbir çərçivəsində Londonda keçirilmiş “National Traning Course” məzunları Ceyhun Rəhmanov və Namiq Cəfərov biliklərini iştirakçılarla bölüşdülər. 3 gün davam edən təlimlərdə bədən tərbiyəsi müəllimləri iştirak etmişdilər. Təlim müəllimlərə atletika idman növünün məktəblilərə tətbiq olunması, onlarda liderlik xüsusiyyətlərinin inkişafına yönəlmişdir. Təşkilatçılar təlimdə iştirak edən müəllimləri sonda sertifikat ilə təltif etmişdilər.

Tədbir “British Athletics” nümayəndəsi Stiv Nolanın nəzarəti altında həyata keçirilmişdir.

Atletika idman növünə daxil şən, təhlikəsiz və mütəhərrik oyunlardan ibarət praktiki təlimi şagirdlər üçün Britaniya Atletika Assosiyasiyasının Bakıda təşkil etdiyi təlim kurslarını bitirmiş fiziki tərbiyə müəllimləri təşkil etmişdir. Bu təlimlərdə müxtəlif orta və Uşaq-Gənclər İdman Məktəblərdən olan 14 nəfər məşqçi-müəllimni iştirak etmişdir ki, onlar 15-ə yaxın məktəbdə təlimlər keçmişdirlər.

Xatırladaq ki, 2017-ci ildə Londonda keçirilmiş Yüngül Atletika üzrə Dünya Çempionatının sosial idman irsini təşkil edən LEAP 2017, “UK Sport” və Britaniya Atletika Assosiyasiyasının birgə proqramıdır.