Atletimiz Elman Abışov üçüncü Avropa Oyunlarında şəxsi rekordunu yeniləyib
21 iyun 2023 767
Polşada keçirilən üçüncü Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.
Üçüncü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti qaçış zolağına çıxıb.
Kişilərin 1500 metr məsafəyə qaçışında Elman Abışov mübarizə aparıb. Məsafəni 4 dəqiqə 18,19 saniyəyə qət edən idmançımız şəxsi rekorduna imza atıb. O, bu nəticə ilə yarışı 11-ci yerdə başa vurub.
Qeyd edək ki, "Krakov-2023" çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı