Autizmli uşaqlar arasında velosiped yarışı keçirilib
20 aprel 2022 1192
Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində autizmli uşaqlar arasında bir sıra idman yarışlarının təşkilini planlaşdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 1-ci vitse-prezident xanım Mehriban Əliyevanın daim həssaslıqla yanaşdıqları və nəvaziş göstərdikləri autizmli uşaqlar üçün keçirilən silsilə yarışlardan biri də velosiped idman növünə aiddir.
Bu gün Azərbaycan Velosiped Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürmək, autizmli uşaqlar arasında velosiped idmanına marağı artırmaqdır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
